Khasmammadov Arbitration Moot
Haqqında
2018-ci ildən bəri Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunan Xasməmmədov Arbitraj Müsabiqəsi ölkəmizdə beynəlxalq təcrübəyə uyğun keçirilən ilk arbitraj müsabiqəsidir. Əvvəllər Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunan Müsabiqə 2026-cı ildən etibarən Ələkbər bəy Xasməmmədovun xatirəsinə həsr olunmaqla Xasməmmədov Arbitraj Müsabiqəsi adlandırılmışdır. Müsabiqə tələbələrə mübahisələrin alternativ həlli üsullarından biri olan arbitrajla daha yaxından tanış olmaq imkanı yaradır.
İDDİAÇI MEMORANDUMLARININ GÖNDƏRİLMƏSİ ÜÇÜN SON
TəqvİM
2026 Xasməmmədov Arbitraj Müsabiqəsinin Təqvimi ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Müsabİqə İŞİ
2026 Xasməmmədov Arbitraj Müsabiqəsinin Müsabiqə İşi buradan tanış ola bilərsiniz.
Tez-tez soruşulan suallar
Bakalavr təhsili alan II, III və IV kurs bakalavr və magistr təhsili alan hüquq tələbələri Müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak komanda şəklində mümkündür. Hər komanda ən az 2, ən çox 6 nəfərdən ibarət ola bilər.
Bəli, müsabiqəyə hazırlıq məqsədilə təlimlər keçiriləcəkdir. Həmçinin Müsabiqədə hazırlanması tələb olunan Memorandumun formatına dair Bələdçi təqdim ediləcək.
Şifahi mərhələdə Müsabiqədə iştirakdan imtina edən komanda üzvlərinin Təşkilatçının digər Müsabiqələrində iştirakı qadağan olunur.
Ötən Buraxılışlardan
Qalib: İddiaçı “Məhəmməd Əmin Rəsulzadə” komandası.
Komanda üzvləri:
- İlkin Bayramov
- Riyad Musayev
- Şahid Məhərrəmli
- Ayna Abbaszadə
- Fidan Musayeva
- Ramil Nəbiyev
Finalist: Cavabdeh “Fətəli xan Xoyski” komandası.
Komanda üzvləri:
- Erkin Aslanlı
- Qədir Səfərli
- Cəmşid Cəmaləddinli
- Müslüm Məmmədov
- Nilufər Tağıyeva
- Rəvan Həsən
Ən yaxşı Natiq: Riyad Musayev
Qalib: İddiaçı “Məhəmməd Əmin Rəsulzadə” komandası.
Komanda üzvləri:
- Riyad Musayev
- Şahid Məhərrəmli
- Samin Hüseynov
- Şahin Bayramlı
- Elmar Bayarov
- Camal Əliyev
Finalist: Cavabdeh “Fətəli xan Xoyski” komandası.
Komanda üzvləri:
- Murad Qurbanlı
- Sübhan Rəsulzadə
- İsmayıl Babayev
- Raul Cavadov
- Saleh İskəndərov
Ən yaxşı Natiq: Riyad Musayev
MEDİA
Məhkəmə MüsabİQƏ CƏMİYYƏTİ
Xasməmmədov Arbitraj Müsabiqəsi Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən 2018-ci ildən bəri təşkil olunur. 2016-cı ildən bəri fəaliyyət göstərən Cəmiyyət hüquq tələbələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra ilklərə imza atmışdır. Ölkədə konstitusiya icraatı qaydasında təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, mübahisələrin həlli sahəsində beynəlxalq təcrübəyə uyğun təşkil edilən Topçubaşov Arbitraj Müsabiqəsi, eləcə də Xoyski Mediasiya Müsabiqəsi Cəmiyyətin innovativ və unikal fəaliyyətinin göstəriciləridir. Bu müsabiqələrə 6 universitetdən 1000-dən çox tələbə cəlb olunmuşdur. Əlavə olaraq, Cəmiyyət müxtəlif sahələr üzrə aktual məsələrə dair bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir.

